“Nyukasl”dan rekord transfer

“Ştutqart”ın hücumçusu Nik Voltemade “Nyukasl”a transfer olunub.

Newsport.az xarici KİV-ə istinadən xəbər verir ki, “sağsağanlar” 23 yaşlı futbolçunun keçidini rəsmən təsdiqləyib və bu transferin klub tarixində rekord sayıldığını bildirib.

Voltemade “Nyukasl”la uzunmüddətli müqavilə imzalayıb. Mətbuatda yayılan məlumatlara görə, ingilislər onun üçün 85 milyon avro əsas məbləğ, əlavə olaraq isə 5 milyon avro bonus ödəyəcək.

Almaniyalı futbolçu ötən mövsüm Bundesliqada 28 oyunda meydana çıxaraq, 12 qol vurub və 2 məhsuldar ötürmə ilə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right