Bir neçə gün öncə “Kəpəz”in futbolçusu Elmir Tağıyev legioner həyatı yaşayacaqını xəbər vermişdik.
Newsport.az-ın məlumatına görə, o, Kosovo klubuna keçib.
Gənc futbolçu bu ölkənin “Dreniça” klubu ilə anlaşıb.
Bu barədə klub rəsmi sosial media hesablarından məlumat yayıb.
Onunla imzalanan müqavilənin detalları açıqlanmayıb.
25 yaşlı futbolçu E.Tağıyev karyerasında ilk dəfə ölkə xaricində çıxış edəcək.
Qeyd edək ki, Tağıyev ölkəmizdə "Kəpəz"ə qədər "Səbail" və "Turan Tovuz"un da formasını geyinib.