“Düşünürəm ki, mən yaxşı bir məşqçi olardım” Ruben Diaş

“Mançester Siti”nin müdafiəçisi Ruben Diaş mümkün olan gələcək məşqçilik karyerası haqqında fikirlərini bölüşüb.

Newsport.az xarici KİV-ə istinadən xəbər verir ki, məşqçi olma ehtimalı barədə sualı cavablandıran 28 yaşlı futbolçu karyerasını bitirdikdən sonra ilk işinin dünyanı gəzmək olacağını bildirib:

“Düşünürəm ki, mən yaxşı bir məşqçi olardım. Amma həmişə demişəm ki, futbolçu karyeramı bitirdikdən sonra ilk işim dünyanı gəzib, yalnız özüm istəyəndə geri dönməkdir”.

Portuqaliyalı futbolçu 2020-ci ildən “Mançester Siti”nin şərəfini qoruyur. O, cari mövsümdə İngiltərə Premyer Liqasının iki oyununda iştirak edib. Onun klubla hazırkı müqaviləsinin müddəti 2029-cu ilin iyununa qədərdir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right