"Yuventus"un baş məşqçisi: "Başqa məsələ haqda danışmağa ehtiyac görmürəm"

"Yuventus"un baş məşqçisi İqor Tudor komandanın hücumçusu Duşan Vlahoviçin mümkün gedişi haqda danışmaq istəməyib. 

Newsport.az “Sky Sport”a istinadən xəbər verir ki, xorvat mütəxəssis Vlahoviçin məsələsinə şərh verməyib:

"Mən transfer bazarında baş verənlər haqda danışmıram. Duşan son görüşdə meydana ehtiyatdan çıxdı. Onun oyununu çox bəyəndim. O, hələ də "Yuventus"un oyunçusudur və bizə çox kömək etdi. Başqa məsələ haqda danışmağa ehtiyac görmürəm".

Qeyd edək ki, avqustun 16-da “Atalanta” ilə yoldaşlıq görüşündə Vlahoviç əvəzedicidən meydana çıxıb və qol vurub, bunun sayəsində də “Yuventus” 2:1 qələbə qazanıb. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right