PSJ "Tottenhem"i məğlub edərək UEFA Superkubokunun qalibi oldu Yenilənib

Bu gün UEFA Superkubokunun qalibi müəyyənləşib.

Newsport.az xəbər verir ki, həlledici matçda Çempionlar Liqasının son qalibi PSJ (Fransa) ilə Avropa Liqasını qazanan "Tottenhem" (İngiltərə) üz-üzə gəlib.

İtaliyanın Udine şəhərindəki "Friuli" stadionunda keçirilən oyunda Azərbaycanın FİFA referisi Elçin Məsiyev də iş başında olub. O, Juan Pineyrunun (Portuqaliya) idarə edəcəyi matçda dördüncü hakim funksiyasını yerinə yetirib.

Qarşılaşmada "Tottenhem" 2 top fərqi ilə irəli keçib və 85 dəqiqə hesabı qoruyub. Paris təmsilçisi 85 və 90+4-cü dəqiqədə vurduğu qollarla hesabı bərabərləşdirib. Penaltilər seriyasında PSJ daha dəqiq olub - 4:3. Bununla da Fransa klubu tarixində ilk dəfə UEFA Superkubokunu qazanıb. Bu, Luis Enrikenin komandasının mövsümdə 5-ci tituludur. Komanda bu mövsüm UEFA Çempionlar Liqası, Fransa çempionu, kuboku və Superkuboku titullarını da qazanıb.

.

13 avqust

UEFA Superkuboku

23:00. PSJ (Fransa) - "Tottenhem" (İngiltərə) - 2:2 (Penaltilər - 4:3)

Qollar: Kan Li, 85. Qonsalo Ramuç, 90+4 - Van de ven, 39. Romero, 48

Hakimlər: Juan Pineyru, Brunu Jezuş, Lusianu Maya (hamısı Portuqaliya)
Dördüncü hakim: Elçin Məsiyev (Azərbaycan)
Udine, "Friuli" stadionu





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right