"Qalatasaray"ın sabiq hücumçusu Türkiyəyə qayıtdı

“Qalatasaray”ın sabiq hücumçusu Mbaye Diagne karyerasını yenidən Türkiyədə davam etdirəcək.

Newsport.az xəbər verir ki, seneqallı hücumçu 1-ci liqada çıxış edən “Amedspor”la anlaşıb. 33 yaşlı forvard Diyarbəkir təmsilçisi ilə 1 illik müqavilə imzalayıb.

Qeyd edək ki, Diagne son olaraq Səudiyyə Ərəbistanının NEOM klubunda oynayıb. Bundan əvəvl isə Mbaye “Yuventus”, “Kasımpaşa”, “Qalatasaray”, “Vest Bromviç”, “Fatih Karagümrük” klublarında çıxış edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right