"Atletiko" İtaliya millisinin üzvünü transfer etdi Rəsmi

"Atletiko" hücum xəttini yeni oyunçu ilə gücləndirib.

Newsport.az xəbər verir ki, La Liqa nəhəngi "Napoli"dən Cakomo Raspadorini transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

"Atletiko" italiyalı futbolçu üçün onun klubuna 22+4 milyon avro təzminat ödəyəcək. 25 yaşlı hücumçu ilə 2030-cu  ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Qeyd edək ki, "Napoli" Cakomo Raspadorini 2022-ci ilin yayında "Sassuolo"dan transfer etmişdi. İtaliya millisinin üzvü ötən mövsüm A Seriyası təmsilçisinin heyətində meydana çıxdığı 29 rəsmi matçda 6 qol və 2 məhssuldar ötürmə ilə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right