İngiltərədə Superkubokun sahibi bəlli oldu tarixində ilk dəfə

"Kristal Pelas" tarixində ilk dəfə İngiltərə Superkubokunun qalibi olub.

Newsport.az xəbər verir ki, Oliver Qlasnerin komandası "Uembli" stadionunda baş tutan matçda penaltilər seriyasında "Liverpul"u məğlub edib (3:2, əsas vaxt – 2:2).

İngiltərə Superkuboku "Kristal Pelas"ın ali səviyyədə qazandığı ikinci kubokdur. 2024/25 mövsümündə klub İngiltərə Kubokunu da qazanmışdı.

Bundan əvvəl klub yalnız İngiltərənin aşağı divizionlarında qalib olub. Həmçinin, "Pelas" 1990/91 mövsümündə Tam Hüquqlu Üzvlər Kubokunu qazanıb.

İngiltərə Superkuboku
Final
10 avqust

18:00. "Kristal Pelas" - "Liverpul" 2:2, pen. 3:2

Qollar: J.Mateta,17(pen), I.Sarr,77, - H.Ekitike,4, J.Frimponq,21





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right