"Barselona"da gözlənilməz ayrılıq

"Barselona"nın futbolçusu İnyiqo Martinez "Əl-Nəsr"ə keçir. 

Newsport.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb. 

34 yaşlı müdafiəçi Səudiyyə Ərəbistanı klubu ilə 1+1 illik müqavilə imzalayavaq. O, Kataloniya klubu ilə müqaviləyə xitam verərək azad agent statusunda "Əl-Nəsr"ə keçəcək. 

Qeyd olunur ki, İnyiqo Martinezin "Barselona" ilə müqaviləsində Səudiyyə Ərəbistanı klublardan təklif gələrsə, sözləşməyə xitam vermək hüquqa malik olduğu ilə bağlı bənd var idi. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right