İspaniya millisinin üzvü "Napoli"yə keçir

"Jirona"nın müdafiəçisi Migel Qutyerres İtaliyaya yyollanmağa hazırlaşır.

Newsport.az xəbər verir ki, "Napoli" ispaniyalı futbolçunu transfer etməyə yaxındır. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

"Jirona" İtaliya çempionunun 18 milyon avroluq təklifini qəbul edib. "Napoli" 24 yaşlı sol cinah müdafiəçisi ilə 5 illik müqavilənin şərtlərini razılaşdırıb.

Qeyd edək ki,  "Jirona" Migel Qutyerresi 2022-ci ilin yayında "Real"dan transfer edib. İspaniya millisinin üzvü ötən mövsüm La Liqa təmsilçisinin heyətində meydana çıxdığı 36 rəsmi matçda 2 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right