"Tottenhem" "Mançester Siti"nin futbolçusuna "elçi düşdü"

"Mançester Siti"nin futbolçusu Savinyo Premyer Liqada klubunu dəyişə bilər.

Newsport.az xəbər verir ki, İngiltərə mətbuatı məlumat yayıb.

"Tottenhem" braziliyalı vingeri transfer etmək istəyir. London təmsilçisi 21 yaşlı oyunçu üçün onun klubuna təklif göndərməyə hazırlaşır.

Qeyd edək ki, "Mançester Siti" Savinyonu ötən ilin yayında Fransanın "Trua" klubundan transfer edib. Braziliya millisinin üzvü "şəhərlilər"in heyətində keçirdiyi 48 oyunda 3 qol vurub, 10 qol ötürməsi edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right