"Tottenhem"də şok itki - 6-7 ay oynamayacaq

"Tottenhem"in heyətində ciddi itki baş verib.

Newsport.az xəbər verir ki, Premyer Liqa təmsilçisinin yarımmüdafiəçisi Ceyms Meddison sıradan çıxıb.

İngiltərəli futbolçu "Nyukasl"la keçirilən yoxlama oyununda dizindən zədələnib.28 yaşlı oyunçu 6-7 ay yaşıl meydanlardan uzaq qalacaq.

Qeyd edək ki, Ceyms Meddison ötən mövsüm "Tottenhem"in heyətində keçirdiyi 45 oyunda 12 qol vurub, 11 qol ötürməsi edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right