“Atalanta” Ademola Lukmanla bağlı rədd cavabı verib. Berqamo klubu nigeriyalı forvardı “İnter”ə buraxmır.
Newsport.az xəbər verir ki, hücumçunun israrla istəyən milanlılar 42 milyon avroluq təklif göndərmişdi. Əlavə olaraq 3 milyon avroluq bonuslar nəzərdə tutulmuşdu. “Atalanta” bu məbləği yetərsiz sayıb və 60 milyon avro tələb edir.
“İnter” afrikalı oyunçu ilə şəxsi müqavilənin detalları ilə bağlı razılığa gəlib. Lakin yekun qərarı 2027-ci ilədək müqaviləyə arxayın olan “Atalanta” verəcək. “İnter” məbləği artırmasa, digər variantları nəzərdən keçirməli olacaq.