"Milan"dan ayrılan hücumçu Yunanıstan klubu ilə anlaşdı

"Milan"dan ayrılan Luka Yoviçin yeni klubu müəyyənləşib.

Newsport.az xəbər verir ki, serbiyalı hücumçu karyerasını Yunanıstanda davam etdirəcək. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Yoviç AEK-lə anlaşıb. 27 yaşlı foorvard Afina klubu ilə 2 illik müqavilə imzalayacaq.

Qeyd edək ki, Luka Yoviç ötən mövsüm "Milan"ın heyətində keçirdiyi 17 oyunda 4 qol vurub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right