Çukvueze “Fulhem” yolunda

“Fulhem” “Milan”ın hücumçusu ilə maraqlanır. Londonlular İtaliya klubunun heyətdə görmək istəmədiyi Samuel Çukvueze üçün danışıqlara başlayıb.

Newsport.az xəbər verir ki, 26 yaşlı nigeriyalı 2 il öncə 21 milyon avro qarşılığında “Vilyarreal”dan transfer olunub. Onunla 5 illik müqavilə bağlansa da, hücumçu əsas heyətdə özünə yer edə bilmir.

“Fulhem” qiyməti yarıbayarı azalan Samueli almaq, ya da icarəyə götürmək niyyətindədir. “Milan” tərəfəli ən sərfəli varianta üstünlük verəcək. Amma daha öncə İngiltərə klubu oyunçunun şəxsi müqaviləsini razılaşdırmalıdır.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right