İsveçrəli futbolçu klubundan onu “Milan”a buraxmasını tələb edib

“Brügge”nin yarımmüdafiəçisi Ardon Yaşari cari transfer pəncərəsində klubunu dəyişmək niyyətindədir.

Newsport.az “Sky Sport Italia”-ya istinadən xəbər verir ki, isveçrəli futbolçu klubundan özünün “Milan”a buraxılmasını tələb edir. Vinger “Brügge”nin rəhbərliyinə komandada qalmaq istəmədiyini və İtaliya klubunun heyətinə qoşulmaq istədiyini açıqlayıb. “Milan” da öz növbəsində, Yaşarinin transferi üçün 33 milyon avro ödəməyə hazırdır.

23 yaşlı yarımmüdafiəçi son mövsümdə “Brügge”nin heyətində 52 oyun keçirib, 4 qol vurub və 6 məhsuldar ötürmə edib. Onun Belçika klubu ilə müqaviləsinin müddəti 2029-cu ilin yayında başa çatacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right