“Sevilya”nın yarımmüdafiəçisi Lüsyen Aqume karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Newsport.az “Fichajes”-ə istinadən xəbər verir ki, fransalı futbolçu ilə “Mançester Yunayted” yaxından maraqlanır.
İddia olunur ki, “qırmızı şeytanlar” 23 yaşlı oyunçunun transferi üçün “Sevilya”ya rəsmi təklif göndərməyə hazırlaşır. Aqumenin bazar dəyəri təxminən 8 milyon avro təşkil edir.
Aqumenin “Sevilya” ilə müqaviləsinin müddəti 2028-ci ilin ortalarına qədərdir. O, 2024/25 mövsümündə 37 oyunda iştirak edərək, 1 qol vurub və 3 məhsuldar ötürmə edib.
“Mançester Yunayted”in Aqumenin transferinə marağı, komandanın orta xəttinə gənc və çevik oyunçular əlavə etmək istəyi ilə izah olunur.