Azərbaycanın iki güləşçisi AÇ-də gümüş medal qazandı

Bolqarıstanın paytaxtı Sofiyada keçirilən U-15 Avropa çempionatında yunan-Roma güləşçilərinin mübarizəsinə yekun vurulub.

Newsport.az saytının məlumatına görə, qitə birinciliyində ölkəmizi təmsil edən idmançılardan ikisi fəxri kürsüyə qalxıb.

Turan Daşdəmirov (38 kq) və Rinat Nuriyev (62 kq) Avropa çempionatını gümüş medalla başa vurub.

Qeyd edək ki, məsul yarışda beynəlxalq dərəcəli hakim Bəşir İsazadə ədaləti qoruyub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right