Daha 5 boksçumuz növbəti mərhələdə

Şağan Olimpiya Kompleksində Ümumilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan boks üzrə yeniyetmələr arasında beynəlxalq turnir davam edir.

Newsport.az-ın məlumatına görə, ötən gün çəkisi 52, 54, 57, 63, 66, 70, 75, 80 və +80 kq olan idmançılar rinqə çıxıb.

12 boksçumuzdan 5-i qalib gələrək, növbəti mərhələyə vəsiqə qazanıblar.

Azərbaycan idmançılarının nəticələri:
52 kq. Polad Hüseynov – Dilşat Nurim (Qazaxıstan) 2:1
52 kq. Niyaməddin Allahverdiyev – Ünal Kalkışım (Türkiyə) WO Türkiyə boksçusu rinqə çıxmayıb
52 kq. Cahongir Raxmonov (Özbəkistan) – Hüseyn Sadıqov 3:0
54 kq. Danil Ryabov (Rusiya) – Orxan Həsənov 0:3
54 kq. Səbuhi Abışov – Sanatali Toltayev (Qazaxıstan) 0:3
57 kq. Elton Məmmədov – Kazbek Qauez (Qazaxıstan) 2:1
63 kq. Badri Xutsişvili (Gürcüstan) – Turan Sadıqov Xutsişvili nokautla qalib gəlib
63 kq. Ruslan Məmmədov – Fərrux İlhamov (Özbəkistan) 0:3
66 kq. Timur Merjanov (Özbəkistan) – Camal Hadıyev Merjanov nokautla qalib gəlib
70 kq. Yahyohon Saidxonov (Özbəkistan) – Rövşən Məmmədov 3:0
75 kq. Eldiyar Kameçibekov (Qazaxıstan) - Kənan İsmayılzadə İsmayılzadə nokautla qalib gəlib
80 kq. Gülyar Rüstəmli – Abbosxan Mirzaabdullayev (Özbəkistan) 0:3





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right