İdmançımız çempion oldu, Ermənistan himni səsləndi

Serbiyanın Novi Sad şəhərində yeniyetmələr arasında sambo üzrə Avropa birinciliyində Azərbaycan millisi 3 medal qazanıb.

Newsport.az-ın məlumatına görə, Rəşad Dünyamalıyev (52 kq), Kamran Əsgərov (62 kq) çempion olublar. Eyvaz Baxşıyev (48 kq) isə üçüncü yeri tutub.

Turnirdə yeniyetmələr arasında 62 kiloqram çəki dərəcəsində mübarizə aparan Kamran Əsgərov ermənistanlı rəqibi Volodya Sarkisyana qalib gələrək fəxri kürsünün ən yüksək pilləsində yer alıb. Amma bu çəki dərəcəsində mükafatlandırma zamanı böyük qalmaqal yaşanıb. Belə ki, turnirin təşkilatçıları çempion olan Əsgərovun şərəfinə Azərbaycan himnini səsləndirmək əvəzinə Ermənistan himnini səsləndiriblər. Lakin Azərbaycan tərəfinin müdaxiləsindən sonra səhvini başa düşən serblər bu yanlışlığı aradan qaldırıblar və dövlətimizin himnini səsləndiriblər.

 

 

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right