Bakı klubu İtaliyada qələbə qazandı

Ümumdünya Boks Seriyasının (WSB) 8-ci turunda  Azərbaycanın “BakuFires” klubu Milanda “İtalia Thunder”  komandası ilə qarşılaşıb.

Newsport.az-ın məlumatına görə, “Baku Fires” cari mövsümdə ardıcıl ikinci səfər qələbəsi qazanıb -  4:1.   

 

Döyüşlərin nəticələri:

İtalia Thunder  - Baku Fires

52 kq. Qaurav Bidhuri   – Murad Rabadanov  – 0:3 (46:49, 46:49, 45:50).

60 kq. Sedik Boufrakeç – Albert Səlimov  - 0:3 (46: 49, 45:50, 45:50).

69 kq. Alfonso di Russo  – Pərviz Bağırov – 0:3 (46:49, 45:50, 47:48).

81 kq. Valentino Manfredonia  –Soltan Migitinov  – 3:0 (48:47, 48:47, 48:47).

+91 kq. Quido Vianello  – Arslanbek Mahmudov  – TKO – I R4 00:35  

 

“B” qrupundadigərnəticələrə gəlincə, “AstanaArlans”  səfərdə “CaciquesVenezuela” klubunu3:2 hesabı ilə məğlubedib.   “Puerto Riko Hurricanes” Polşada “Rafako Hussars Poland” klubuna 2:3  hesabı ilə uduzub.  USA “Knockouts”  isə doğma divarlar arasında  “Argentina Condors” üzərində 5:0 hesabı ilə  qələbə qazanıb..

 

Turnir cədvəli:

1.     Astana Arlans  – 24 xal, döyüşlərin fərqi –(32-8)

2.     USA Knockouts –19, (25-15)

3.     Baku Fires – 17, (26-14)  

4.     İtalia Thunder  – 13, (20-19)  

5.     Caciques Venezuela – 11,  (16-24)  

6.     Puerto Rico Hurricanes   – 11,  (16-24)  

7.     Rafako Hussars Poland -  10 ,  (17-23)

8.     Argentina Condors – 1, (7-32)  

 

Qeyd edək ki, “Baku Fires” növbəti görüşünü martın 14-də Quba Olimpiya Kompleksində “Caciques Venezuela” komandasına qarşı keçirəcək.  





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right