"Qəbələ"nin üzvü Sofiyada fərqləndi

Bolqarıstanın paytaxtı Sofiyada keçirilən boks üzrə “Strandja” turnirinə yekun vurulub.

Newsport.az-ın məlumatına görə, 34 ölkədən 240 idmançının mübarizə apardığı yarışda uğurla çıxış edən Azərbaycan millisinin heyətində “Qəbələ” İdman Klubu da təmsil olunub. Klubumuzun boksçusu Lorenzo Sotomayor Sofiyada qüvvəsini sınayıb.

64 kq çəki dərəcəsində çıxış edən idmançımız yarışın qalibi adını qazanıb. Sotomayor fəxri kürsünün ən yüksək pilləsinə qalxmaqda ciddi müqavimətlə üzləşməyib. Finala gedən yolda erməni boksçunu də mübarizədən kənarlaşdıran boksçumuz həlledici döyüşdə özbəkistanlı Fazliddin Qaibnazarovla üz-üzə gəlib. Qızıl medala yiyələnən təmsilçimiz final döyüşünün hər 3 raundunda rəqibindən üstün olub. İdmançımız turnirin ən texnikalı boksçusu seçilib.

"Strandja" turniri iyunda keçiriləcək Avropa oyunlarına hazırlıq xarakteri daşıyır.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right