İdmançımızdan Meksikada tarixi uğur

Meksikanın Puebla şəhərində keçirilən dünya çempionatının 3-cü günü millimiz üçün üğürlu alınıb.

Newsport.az-ın məlumatına görə, qadınlardan ibarət seçmə komandanın üzvü  Fəridə Əzizova (-67 kg) ilk döyüşdə rəqibi Fanal Lalrempuiyə  (WTF) 4-0  hesabı ilə qalib gəlib. Növbəti döyüşünü  Perişiç Dojanaya (SRB) qarşı keçirən idmançımız 2 :2 hesablı bərabərliyə qalaraq rəqibini qızıl xalla məğlub edib.  Çinli idmançısl Gvo Tun Fei ilə döyüşdən 3:0 hesabı ilə inamlı qələbədən sonra taekvondoçumuz yarımfinala vəsiqə qazanib. Bu mərhələ isə ən azindan bürünc medal deməkdir. Finala gedən yolda isə Chanq Çia Çia ilə gərgin keçən döyüşdən məğlub ayrılıb 5:8.

Beləliklə, Fəridə Əzizova dünya çempionatında qadınlar arasında bürünc medal qazanan  ilk idmançı olaraq adını Azərbaycan taekvondo tarixinə yazdı.

Xatırladaq ki, Fəridə Əzizova 2009-cu ildə yeniyetmələr arasında Xorvatyada kecirilən avropa çempionatının bürünc mükafatçısı, 2012-ci ildə Misirdə, gənclər arasında dünya çempionatının qızıl mükafatçısı və  2013 –cü ildə  Moldovanın Kişinyov şəhərində keçirilən 16-21 yaşlılar arasında avropa cempionatının qalibi olmuşdu.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right