Avro-2017-də ilk yarımfinalçılar məlumdur

Azərbaycan və Gürcüstanın birgə təşkilatçılığı ilə keçirilən qadın voleybolçular arasında Avropa çempionatında bu gün ¼ final oyunlarına start verilib.

Newsport.az-ın məlumatına görə, Milli Gimnastika Arenasında keçirilən hər iki oyunun taleyi 3 setdə müəyyənləşib.

Əvvəlcə İtaliya və Hollandiya yığmaları üz-üzə gəliblər. Hollandiya gözlənilənlərin əksinə olaraq rəqibini asanlıqla məğlub edib. Hollandiyanın yarımfinaldakı rəqibi Azərbaycan - Almaniya cütünün qalibi olacaq. 

Digər görüşdə isə çempionatın favoritlərindən biri olan Serbiya Belarusu məğlub edib. Serbiya yarımfinalda Rusiya – Türkiyə matçının qalibi ilə qarşılaşacaq.

¼ finalın digər iki oyunu 29 sentyabrda keçiriləcək.

İtaliya – Hollandiya - 0:3 (17:25, 20:25, 13:25)

Serbiya - Belarus - 3:0 (25:19, 25:12, 25:14)

 
Qeyd edək ki, oyunlar Bakıdakı Milli Gimnastika Arenasında keçiriləcək. Azərbaycan Almaniyanı saat 18:00-da, Rusiya Türkiyəni saat 20:30-da sınağa çəkəcək. 




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right