“Böyük Dəbilqə”: Federasiya rəsmiləri sualları cavablandıracaq

Xəbər verdiyimiz kimi, mayın 6-8-də Heydər Əliyev adına İdman Sarayında cüdo üzrə “Böyük Dəbilqə” beynəlxalq turniri keçiriləcək. Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş yarışda 82 ölkədən 519 idmançı (329 kişi, 190 qadın) qalib adı uğrunda mübarizə aparacaq.

Newsport.az-ın məlumatına görə, mayın 5-də saat 15:00-da “Hyatt Regency” otelinin Quba zalında turnirə həsr olunmuş mətbuat konfransı təşkil olunacaq. Tədbirdə Beynəlxaql Cüdo Federasiyasının və Azərbaycan Cüdo federasiyasının rəsmiləri iştirak edəcəklər.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right