Bakı şəhərində keçiriləcək “Formula-1” Avropa Qran-prisinin məktəblilər arasında təbliğinə həsr olunmuş kütləvi idman tədbirləri davam edir.
Newsport.az-ın məlumatına görə, Təhsil Nazirliyinin dəstəyi, müvafiq federasiyaların tərəfdaşlığı və “Təhsil” Respublika İdman Mərkəzinin təşkilatçılığı ilə reallaşdırılan yarışın ilk günündə Bakının Qaradağ, Xətai, Nəsimi, Yasamal və Nərimanov rayonlarının ümumi təhsil məktəbləri arasında basketbol, atletika və veloidman üzrə görüşlər keçirilib.
Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, hər rayon üzrə birinci yeri tutan komanda final mərhələsinə vəsiqə qazanıb.