Ramzan Kadırov Zabit Səmədova vəzifə verdi

Azərbaycanlı K-1 döyüşçüsü Zabit Səmədov Çeçenistanda yeni yaradılan "Axmat" Respublika Kikboksinq Klubuna rəhbərlik edəcək.

Newsport.az-ın məlumatına görə, bu barədə Çeçenistan prezidenti Ramzan Kadırov sosial şəbəkədə bildirib.

O deyib ki, əfsanəvi döyüşçü, "Mauqli" ləqəbli Zabit Səmədovun əvəzsiz təcrübəsi dünya səviyyəli idmançılar yetişdirməyə yardım edəcək. R.Kadırov Z.Səmədovun təyinatını şad xəbər kimi ictimaiyyətə açıqlayıb.

Çeçenistan Respublikasının Kikboksinq Federasiyasının yeni rəhbəri Mohmad-Emi Əhmədov olacaq. R.Kadırov bildirib ki, M.Əhmədov uzun illərdir idmana böyük diqqət ayırır. Bu səbəbdən, o, federasiyanın qısa müddətdə dirçələcəyinə əminlik ifadə edib. Federasiya sədrinin müavini isə Musa Şixabov olacaq.

Qeyd edək ki, gələn ay Çeçenistanda kikboksinq üzrə seçmə turnir keçiriləcək. Yarışlar əvvəlcə rayonlarda, sonra isə Respublika səviyyəsində təşkil olunacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right