“Fariz Məmmədov zəhməti, əzmkarlığı, inamı ilə bu uğuru özü əldə edib”

“Qəbələ”nin vitse-prezidenti Fariz Nəcəfov Azərbaycanın ilk peşəkar boksçusu, “Qəbələ” İdman Klubunun üzvü Fariz Məmmədovun peşəkar boks tariximizdə ilk dəfə olaraq WBF (World Boxing Federation) və WBCA versiyalarında dünya çempionu olması haqda danışıb.

Newsport.az-ın məlumatına görə, Fariz Nəcəfov təcrübəli boksçunun Uqanda təmsilçisi Badru Lusambia üzərində qazandığı qələbəni belə şərh edib:

“Bu döyüşü Fariz Məmmədovun vida görüşü kimi də qiymətləndirmək mümkündür. Özü qeyd etdi ki, “Qəbələ” klubunun rəhbərliyi üçüncü dəfə onun üçün vətəndə döyüşməyə şərait yaratdı. Lakin Fariz zəhməti, əzmkarlığı, inamı ilə bu uğuru özü əldə edib. Biz də əlimizdən gələn dəstəyi ondan əsirgəmədik. Çox maraqlı, gərgin döyüş oldu. Yekunda da Fariz layiq olduğu qələbəni qazandı”.

Futbolxeber.az





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right