31 iyul- 2 avqust tarixlərində İtaliyanın Vareze şəhərində akademik avarçəkmə üzrə Avropa çempionatı keçiriləcək.
Newsport.az xəbər verir ki, qitənin ən güclülərinin müəyyənləşəcəyi yarışda Azərbaycan Su İdman Növləri Federasiyası iki idmançı ilə təmsil olunacaq. Ziya Məmmədzadə və Nurlan Paşayev yüngül çəkidə ikinəfərlik akademik avarçəkmə qayığında mükafatçılar sırasına düşməyə çalışacaqlar.
Komandaya federasiyanın icraçı vitse-prezidenti Fərhad Əliyev rəhbərlik edəcək.