Azərbaycan yığmasının üzvü "Qalatasaray"la müqavilə bağlayıb

Basketbol üzrə Azərbaycan yığma komandasının üzvü Çak Deyvis karyerasını Türkiyənin "Qalatasaray" klubunda davam etdirəcək.

Newsport.az saytının məlumatına görə, 32 yaşlı idmançı "sarı-qırmızılar"a Balıkesirin "Bandırma" klubundan transfer olunub.

Onunla mövsümün sonunda daha 1 il uzadıla bilməsi şərtilə 6 aylıq müqavilə imzalanıb. Hazırda kluba Beynəlxalq Basketbol Federasiyaları Assosiasiyası tərəfindən transfer qadağası qoyulduğundan, Deyvis sanksiya aradan qalxdıqdan sonra "Qalatasaray"ın heyətində oyunlara çıxa biləcək.

Qeyd edək ki, Çak Deyvis ABŞ-ın Alabama ştatında anadan olub. O, 5 ilə yaxındır Azərbaycan yığmasının üzvüdür. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right