Yeniyetmələrimiz Kaspiyskdən 1 gümüş və 1 bürünc medalla qayıdır

Dağıstan Respublikasının Kaspiysk şəhərində yeniyetmə sərbəst güləşçilər arasında beynəlxalq turnir keçirilib.

Newsport.az-ın məlumatına görə, məşqçi Namiq Quliyevin rəhbərliyi altında turnirdə iştirak edən yığmamızın üzvləri 1 gümüş və 1 bürünc medala sahib olub.

76 kq çəkidə mübarizə aparan İsmayıl Abdullayev yalnız finalda məğlub olaraq gümüş medalla kifayətlənib. Bürünc medalı isə yığmamıza 42 kq çəki dərəcəsində turnirdə iştirak edən Tural Əsgərov qazanıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right