"Böyük dəbilqə" yarışında 2 idmançımız iştirak edəcək

Noyabrın 4-dən 6-dək Yaponiyanın paytaxtı Tokioda cüdo üzrə “Böyük dəbilqə” yarışı keçiriləcək.

Newsport.az məlumatına görə, ilin son mötəbər turnirinə Azərbaycan millisi də qatılacaq.

Komandamızın baş məşqçisi Peter Zayzenbaher Tokioda cəmi 2 idmançıya - Elmar Qasımovla Elxan Məmmədova şans verəcək. 100 kq çəki dərəcəsində tatamiyə çıxacaq cüdoçularımızın döyüşləri noyabrın 6-na təsadüf edəcək.

“Böyük dəbilqə”də ümumilikdə 96 ölkədən 528 idmançı (324 kişi, 204 qadın) qatılacaq.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right