Yalnız bir boksçumuz finala çıxdı, üçü bürünc medalla kifayətləndi

Qazaxıstanın Atırau şəhərində keçirilən boks üzrə qadınlar arasında beynəlxalq turnirdə finalçılar məlum olub.

Newsport.az saytının məlumatına görə, milli komandamızın üzvü Anna Əlimərdanova (54 kq) yarımfinalda rusiyalı Kuleşova üzərində qələbə qazanıb - 2:1.

Boksçumuz həlledici görüşdə qazaxıstanlı Jolamanla üz-üzə gələcək.

Milli komandamızın 3 üzvü isə bürünc medalla kifayətləniblər. Yana Alekseyevna (60 kq), Məryəm Cəbrayılova (64 kq) və Aynur Rzayeva (+81 kq) yarımfinalda uduzaraq, 3-cü olublar.

Qeyd edək ki, turnirə bu gün yekun vurulacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right