"Qəbələ" metro məsələsini həll etdi

Bu gün "Qəbələ" Avropa Liqasının qrup mərhələsi çərçivəsində Bakıda - "Bakcell Arena"da Yunanıstanın PAOK komandasını qəbul edəcək.

Newsport.az-ın məlumatına görə, "Qəbələ" İdman Klubu qarşılaşmanın gec saatda başa çatacağını nəzərə alaraq Bakı Metropoliteninə bu gün iş rejiminin saat 01.30-dək uzadəlması xahişi ilə müraciət edib. 

Müraciət müsbət cavablandırılıb. "Qəbələ" İdman Klubu bu addıma görə Bakı Metropoliteninə təşəkkür edib.

Matç saat 22.00-da start götürəcək.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right