"Sabah qələbə qazanmalıyıq" - millimizin müdafiəçisi

Azərbaycan milli komandasının müdafiəçisi Rüfət Abbasov UEFA Millətlər Liqası D2 qrupunun Litva ilə matçından öncə  keçirilən mətbuat konfransında iştirak edib.

Newsport.az 21 yaşlı sol cinah müdafiəçisinin fikirlərini diqqətinizə çatdırır:

"Bizi olduqca çətin oyun gözləyir. Yalnız qələbə barədə düşünürük. Komanda olaraq yaxşı hazırlaşmışıq. Sabah qələbə qazanmalıyıq".

Qeyd edək ki, Azərbaycan - Litva qarşılaşması sabah "Palms Sports Arena"da keçiriləcək və saat 17:00-da start götürəcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right