"Qalatasaray"ın futbolçusu Leroy Sane karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.
Newsport.az xəbər verir ki, "Əl-Kadisiya" almaniyalı vingeri transfer etmək istəyir. Bu barədə "Takvim" nəşri məlumat yayıb.
Ərəblər Saneni yanvar ayında heyətə qatmağı planlaşdırırlar. Baş məşqçi Okan Buruk razılıq versə, İstanbul klubu 30 yaşlı ön xətt oyunçusunu satmağa hazırdır.
Qeyd edək ki, Leroy Sane 2025-ci ilin yayında "Bavariya"dan ayrıldıqdan sonra azad agent statusu ilə "Qalatasaray"a keçib. Almaniya millisinin üzvü cari mövsümdə Super Liqa təmsilçisinin heyətində meydana çıxdığı 7 rəsmi matçda məhsuldar göstərici ilə yadda qalmayıb.