Mahrezin yeni klubu bəlli oldu

Yayda "Əl-Əhli"dən ayrılan Riyad Mahrezin yeni klubu məlum olub.

Newsport.az xəbər verir ki, əlcəzairli vinger karyerasını Qətərdə davam etdirəcək.

Mahrez "Əl-Şamal"la anlaşıb. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb. 35 yaşlı futbolçu yeni klubu ilə mövsümün sonuna kimi nəzərdə tutulan müqavilə imzalayacaq.

Qeyd edək ki, Riyad Mahrez 2023-cü ilin yayında 35 milyon avro qarşılığında "Mançester Siti"dən "Əl-Əhli"yə transfer olunmuşdu. Mərakeş millisinin üzvü 2025/26 mövsümündə Səudiyyə Ərəbistanı klubunun heyətində meydana çıxdığı 44 rəsmi matçda 8 qol və 15 məhsuldar ötürmə ilə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right