Upamekano Fransa millisinin tarixinə düşdü

Fransa milli komandasının müdafiəçisi Dayo Upamekano bu il yığmanın heyətində ikinci dəfə qırmızı vərəqə alıb.

Newsport.az xəbər verir ki, ​27 yaşlı futbolçu İtaliya ilə 1:1 hesabı ilə başa çatan UEFA Millətlər Liqası matçının 85-ci dəqiqəsində meydançadan qovulub. Upamekano 73-cü  dəqiqədə matçın baş hakimi Xesus Xil Mansano ilə mübahisə edib, 85-ci dəqiqədə isə qayda pozuntusuna görə ikinci sarı vərəqə ilə cəzalandırılıb.

​Bu, təcrübəli mərkəz müdafiəçisi üçün 2026-cı ildə Fransa millisinin heyətində ikinci qırmızı vərəqə olub. Daha əvvəl Upamekano fransızların 2:1 hesabı ilə qalib gəldiyi Braziliya ilə yoldaşlıq meydandan qovulmuşdu.

​Beləliklə, Dayo Upamekano Fransa millisi tarixində bir təqvim ili ərzində iki dəfə qırmızı vərəqə ilə cəzalandırılan ilk futbolçu olub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right