Qara Qarayev: "Tottenhem"ə qarşı evdə daha maraqlı oyun olacaq" MÜSAHİBƏ

“Qarabağ”ın futbolçusu Qara Qarayevin Newsport.az saytına müsahibəsi:
 
-İlk “Tottenhem”lə oyun haqqında fikirlərini bilmək istərdik...
-Maraqlı oyun oldu. Belə bir atmosferdə İngiltərə Premyer Liqasında yaxşı mübarizə aparan komanda ilə oynamaq xoş oldu bizim üçün. Oyunun başlanğıcında hesabda önə keçdik, amma təəssüf ki, məğlub olduq. Amma bu oyun bizə qrup başlanğıcında böyük köməklik göstərəcək. Bu oyunda etdiyimiz səhvləri ortaya çıxarıb, növbəti oyunlarda bu səhvləri etməməyə çalışacağıq. Düşünürəm “Tottenhem”ə qarşı yaxşı oynadıq. Şanslarımız oldu. Amma alınmadı. Rəqib son dəqiqələrdə daha bir qol vurdu. Bu komandaya qarşı evdə daha maraqlı oyun olacaq.
 
-Mətbuat konfransında Qurban Qurbanov çox əsəbi idi. O, bəzi oyunçularından gözləmədiyi səhvlərini etdiyini bildirdi. Bu məsələ barədə soyunub-geyinmə otağında sizə nəsə demədi?
-Konkret heç bir futbolçuya etiraz etmədi. Amma qapımızdan buraxdığımız qollarda diqqətsizliyimiz oldu. Yəqin baş məşqçimiz də bunu nəzərdə tuturdu. İlk qolda daha diqqətli oynamalı idik. Fərdi olaraq heç bir futbolçuya irad bildirmədi.
 
-Yeni oyunçuların çıxışı barədə nə deyə bilərsən? Onların oyuna sonradan daxil olması və yeni olmaları sizin işinizi çətinləşdirmədi?
-Bunu kənardan baxanlar daha yaxşı bilər. Amma oyunda mənim üçün qeyri-adi, bizəyad oyunçular olduğunu düşünmədim. Sadəcə kənardan baxanlar buna daha yaxşı qiymət verə bilərlər.
 
-Bu cür atmosferdən sonra, Azərbaycan Çempionatı və “Kəpəz”lə oyun. Çətinlik hiss etmirsiniz?
-Məncə çətin olmaz. Çempionat başlaması ilə “Kəpəz” çempionata rəng gətirib. Stadiona 14-15 min azarkeş gəlir. Düçünürəm ki,  “Kəpəz”lə oyun daha vacibdi. Bu oyuna da nəticə üçün çıxmalıyıq.
 

Mərdan Həsənov.London
  





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right