Bakı Metropoliteni sözünün üstündə durmadı

UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində Bakıda - "Bakcell Arena"da keçirilmiş "Qəbələ” - PAOK qarşılaşmasının gec saatda başa çatacağını nəzərə alaraq Bakı Metropoliteninin iş rejimini saat 01:30-dək uzatdığını xəbər vermişdik.Metropoliten rəhbərliyi "Qəbələ”nin təklifini müsbət cavablandırmışdı. 
 
Amma Metropoliten sözünün üstündə durmayıb.

Newsport.az saytının əməkdaşının Bakı metrosunun "Xalqlar dostluğu” stansiyasından verdiyi məlumata görə, metro fəaliyyətini 01:30-da deyil, 01:00-da dayandırıb. Əməkdaşımızın əldə etdiyi məlumata görə, buna dispetçer qərar verib. Hazırda 30 dəqiqədən çoxdu qatarlar boş vaqonlarla depoya gedir. Maraqlıdır, Metropoliten rəhbərliyinin qərarından sonra dispetçer yekun vaxtı necə dəyişir?..





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right