"Zirə" futbolçusu Georgi Stoilovla yollarını ayırıb.
Newsport.az xəbər verir ki, bu haqda klubun saytı məlumat yayıb. Şimali Makedoniyalı yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
"Zirə" PFK göstərdiyi xidmətlərə görə futbolçuya təşəkkür edir və gələcək karyerasında uğurlar arzulayır.