"Sabah"ın futbolçusu Xorvatiyada qol ötürməsi ilə yaddda qaldı

"Sabah" Futbol akademiyasının üzvləri Həmzəalı Mikayılov və Xəyal Əliyev “Dinamo” (Zaqreb, Xorvatiya) Futbol Akademiyasında məşqlərini davam etdirirlər.

Newsport.az-ın məlumatına görə, Həmzəalı Mikayılov “Dinamo”nun U-17 komandasının heyətində növbəti oyununu keçirib. O, “NK Zaqreb” klubunun U-19 komandası ilə yoxlama matçında (5:1) şans qazanıb. Mikayılov bu matçda 1 məhsuldar ötürmə edib.

Qeyd edək ki, millimizin də üzvü olan Həmzəalı Mikayılov və Xəyal Əliyev “Sabah” və “Dinamo” klubları arasında, 2019-cu ildə bağlanmış əməkdaşlıq müqaviləsi çərçivəsində Zaqreb təmsilçisinin futbol akademiyasında təcrübə keçirlər.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right