“Qarabağ”ın sabiq hücumçusu narkoman çıxdı

2019/2020 mövsümündə "Qarabağ"ın heyətində çıxış edən Maqaye Qeye narkotik maddə qəbul etdiyini boynuna alıb.  Newsport.az xəbər verir ki, Qeye bu səbəbdən Rumıniyanın "Dinamo" klubundan qovulduğunu etiraf edib. Rumıniya mətbuatı Seneqal əsilli fransalı hücumçunun etdiyi əməldən peşman olduğunu bildirib.

31 yaşlı forvardın etirafını nəzərə alan Rumıniya Milli Antidopinq Agentliyi onu 3 ay müddətinə cəzalandırıb. Bu isə o deməkdir ki, təcrübəli oyunçu yenidən futbola qayıda biləcək.

Qeyd edək ki, heyətində Qeye "Qarabağ”ın heyətində 28 oyun keçirib və 8 qol vurub. O, 2020-ci ilin oktyabrında "Dinamo"ya keçib.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right