Çimərlik futbolu üzrə Azərbaycan milli komandası Portuqaliyanın Nazare şəhərində təşkil olunan Dünya çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.
Newsport.az xəbər verir ki, İsveçrə yığmasi ilə qarşılaşan komandamız 5:8 hesabı ilə məğlub olub. Millimizin qollarını Orxan Məmmədov (3), Comərd Baxşəliyev və Sabir Allahquliyev vurub.
Komandamız qrupun son oyununda sabah Estoniya yığması ilə üz-üzə gələcək.