“Biz bu oyuna dostluq yox, qardaşlıq oyunu kimi baxırıq. Türkiyə millisinin son oyunlarda nümayiş etdirdiyi futbol göz önündədir. Niderland, Norveç kimi güclü komandaları məğlub ediblər".
Newsport.az-ın məlumatına görə, bu sözləri millimizin qapıçısı Emil Balayev sabah Türkiyə ilə Alanyada keçiriləcək yoldaşlıq oyunu haqda danışarkən deyib.
"Qarabağ"ın üzvü AFFA-nın saytına açıqlamasında matçın maraqla gözləndiyini bildirib: "Futbolsevərləri maraqlı oyun gözləyir. Türkiyə Avropa çempionatının final mərhələsinə hazırlaşdığından bu oyuna diqqət çox olacaq. Biz futbolçular da çalışacağıq ki, maksimum bacarığımızı nümayiş etdirək”.