“Neçə il sonra çempion ola bildik. Çox sevindiricidir. Hər il komandama inanmışam. Hər mövsüm deyirdim ki, çempion olacaq gücdəyik. Ancaq nələrsə alınmırdı. Bu mövsüm ikiqat sevindirici oldu. Çünki çempionluğun taleyi son turda həll olundu. Bu, mənim ilk çempionluğumdur. İnanıram ki, davamını gətirə biləcəyik”.
Newsport.az-ın məlumatına görə, bu sözləri "Neftçi"nin futbolçusu Mirabdulla Abbasov Azərbaycan Premyer Liqasının 28-ci turunda "Qarabağ"a 1:0 hesabı ilə qalib gələrək çempion olduqları oyundna sonra jurnalistlərə açıqlamasında deyib.
O, “Neftçi”də qalmaq istədiyini bildirib: “Karyeramı “Neftçi”də davam etdirmək istəyirəm. Rəhbərliklə danışıqlarım olacaq”.