"Neftçi"nin məşqçisindən qələbə şərhi

"Neftçi"nin məşqçisi Vəfadar Quliyev Premyer Liqanın XXVI turunda "Səbail"lə matç barədə fikirlərini bildirib.

Newsport.az-ın məlumatına görə, o, 4:0 hesablı qələbəni belə şərh edib:

"Vacib 3 xal qazandıq. Bura qələbə üçün gəlmişdik və onu da bacardıq. Futbolçularımızın hamısına təşəkkür edirəm. "Sumqayıt"la növbəti tur oyununa bu gündən hazırlaşacağıq".

Quliyev Yusuf Lavalın vurduğu qolu onunla qeyd etməsinə münasibət bildirib: "Uşaqlarla zarafat edirdik. Guya mən hamıya demişəm ki, mənə tərəf gəlsin. Amma belə bir şey olmayıb. Bəlkə də demişəm, yadımdan çıxıb. Səlahət Ağayevlə bir az zarafatımız oldu. Dedi ki, müəllim, bütün komandaya demisiniz? Bəlkə də motivasiya üçün demişəm. Məncə, kim qol vursaydı, qeyd etməyə gələcəkdi".

 

 

 

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right