AFFA-dan “Zirə” - “Keşlə” matçı ilə bağlı sərt cəzalar

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
 
Newsport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab oyunları ilə bağlı aşağıdakı qərarlar çıxarılıb:
 
“Zirə” - “Keşlə” oyununda “Zirə”nin 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.
 
“Zirə”nin 12 nömrəli futbolçusu Lazar Corceviç “aqressiv hərəkətə” görə birbaşa qırmızı vərəqə ilə meydançadan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanıb, klubu 3200 manat cərimə olunub.
 
“Zirə”nin 2 nömrəli futbolçusu Sərtan Taşkın ikinci sarı vərəqə ilə meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 200 manat cərimə olunub.
 
“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov texniki zona qaydalarını pozduğuna görə birbaşa qırmızı vərəqə ilə meydançadan kənarlaşdırıldıqdan sonra yenidən meydançaya daxil olmasına görə  2 oyun cəzalanıb, klubu 1600 manat cərimə olunub.
 
“Zirə”nin məşqçisi Eltun Yaqublu texniki zona qaydalarını pozduğuna görə birbaşa qırmızı vərəqə ilə meydançadan kənarlaşdırıldıqdan sonra yenidən meydana daxil olmasına, hakimi təhqir etməsinə və hədə-qorxu gəlməsinə görə 10 oyun cəzalanıb, klubu 8000 manat cərimə olunub.
 
“Zirə” - “Keşlə” oyununda stadiona qanunsuz daxil olanlara görə meydan sahibi klub 800 manat cərimə olunub.
 
“Zirə”  – “Keşlə” oyunundan sonra köməkçi hakimə (Pərvin Talıbova) qarşı naməlum şəxslər tərəfindən fiziki təsir göstərildiyi üçün meydan sahibi klub 4000 manat cərimə olunub.
 
“Keşlə”nin 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right