“Cari mövsümdə sonuncu ev oyunumuza çıxdıq. Düşünürəm ki, yaxşı futbol sərgilədik. Amma ümumi vəziyyətə baxanda çox təəssüflənirəm".
Newsport.az-ın məlumatına görə, bu sözləri "Simurq"un baş məşqçisi Georgi Çixradze Azərbaycan Premyer Liqasının 34-cü turunda "Bakıya" 4:0 hesabı ilə qalib gəldikləri matçdan sonra deyib.
Gürcü mütəxəssis komandanın azarkeşlərinə təşəkkür edib:
"Bu matça qədər bir neçə oyunçu düşərgəni tərk etmişdi, qarşılaşmadan sonra da bir çox futbolçu gedəcək. Yaxşı komandamız var idi”.