"Neftçi" Honda ilə razılığa gəldi

"Neftçi" dünyaca məşhur futbolçu, Yaponiya millisinin sabiq üzvü Keisuke Honda ilə razılığa gəlib.

Newsport.az xəbər verir ki, 34 yaşlı yarımmüdafiəçi ilə yaxın vaxtlarda müqavilə imzalanacaq. Sözləşmənin müddəti isə cari mövsümün sonunadək olacaq. Futbolçu yaxın vaxtlarda Bakıya gələcək.

Həmçinin bildirilir ki, oyunçunun gələcək taleyi onun klubdakı çıxışından asılı olacaq.

Qeyd edək ki, Hondanın son klubu "Botafogo" (Braziliya) idi. O, komandadan ötən ilin sonunda ayrılıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right